HƏSƏN İBN ƏLİ

(3/625 – 50/669) – Məhəmməd peyğəmbərin böyük nəvəsi, Əli və Fatimənin oğlu olmuşdur. Atası Əli xəlifə olduqda Cəməl və Süffeyn döyüşlərində vuruşmuşdur. Atası qətlə yetirildikdən sonra isə tərəfdarları onu xalifə elan etmişdirlər. Ancaq bir neçə həftədən sonra Həsən hakimiyyəti Suriya valisi Müaviyə ibn Əbu Süfyana vermək məcburiyyətində qalmışdır. Bundan sonra o, öz kiçik qardaşı Hüseynlə Mədinəyə getmişdir. Şiələr Həsəni ikinci günahsız imam kimi qəbul edirlər. Onların rəvayətlərinə görə Həsəni onun həyat yoldaşı zəhərləmişdir. Onlar Müaviyə ibn Əbu Süfyanı onun ölümündə günahlandırırlar.
HƏSƏN HƏDİSLƏR
HƏSƏN İBN SABİT
OBASTAN VİKİ
Həsən ibn Əli
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
İmam Həsən ibn Əli

Həsən ibn Əli ibn əbu Talib

Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlar Həsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Əbülhəsən əl-Həsən ibn Əli
Əbülhəsən əl-Həsən ibn Əli (1109–1171) — İfrikiyyədə hökm sürən Zirilər sülaləsi (Sanhacə) dövlətinin sonuncu hökmdarı. fevral 1109-cu ildə Susədə doğuldu. Atasının ölümü üzərinə taxta keçdiyində hələ on iki yaşındaydı. Bu səbəblə dövlətin idarəsi Sandal əl-Xadim adlı siyasətdən anlamayan cahil bir məmlükün əlinə keçdi. Qısa bir müddət sonra idarədə gəvşəmə və çözülmə meydana gəldi. Bu durumu fürsət bilən Norman Kralı II Rocer, Murabıt hökmdarı Əli ibn Yusif bin Taşfînin komandanlarından Əbu Abdullah İbn Meymunun Siciliyaya hücumundan Həsən ibn Əlini sorumlu tutaraq Zirilər xanədanının mərkəzi Mehdiyəyə əsgər göndərdi. Ancaq şəhəri ələ keçirməyə müvəffəq ola bilmədi (1122). Ertəsi il 300 gəmi və 1000 süvariylə Hasi adasına hücum edən və Dəymas qalasını alan Normanlar, Həsən ibn Əlinin göndərdiyi qüvvələr və onların yardımına gələn ötəki Ərəb və Bərbəri qəbilələr tərəfindən ağır bir məğlubiyyətə uğradıldı. Həmmadi əmiri Yəhyanın komandanlarından Mutarrif ibn Həmdun ibn Əli 1135-ci ildə Məhdiyəyi dənizdən və qurudan mühasirə altına alınca zor durumda qalan Həsən ibn Əli, bölgədəki Bəni-Hilal qəbiləsinə mənsub ərəblərdən və Norman kralı II Rocerdən yardım istədi. Həmmadi mühasirəsi onların yardımı sayəsində başarısızlıkla sonuclandı.
Abdullah ibn Həsən
Abdullah ibn Həsən ibn Əli ibn Əbi Talib(ərəb. عبدالله ابن حسن ابن علي‎‎) İmam Həsən ilə Ümm Vələdin oğludur. Kərbəla döyüşündə Hərmələ ibn Kəhil əl Əsədi tərəfindən öldürülmüşdür.
Həsən ibn Qəhtəbə
Həsən ibn Qəhtəbə (713 – bilinmir) — Xilafət dövründə Azərbaycan valisi == Həyatı == Əl-Həsən ibn Qəhtəbə Azərbaycanda iki dəfə vali olub: xəlifə əs-Səffahın vaxtında və 770-ci ildən 775-ci ilədək. Əl-Bəlazuri xəbər verir ki, (səh. 210), "bu həmin əl-Həsəndir ki, onun adına Beyləqandakı Həsənçayı (arxı), Bərdədəki "Həsən bağı" adı ilə tanınmış bağ və "əl-Həsəniyyə" kimi məşhur malikanə aiddir (və huva əlləzi nəsəbə ileyhi nəhr əl-Həsən bil-Beyləqan vəl-bağ əlləzi yirafu bi-bağ əl-Həsən bi-Bərdə vəd-diya əl-mərufa bil-Həsəniyyə) Həsən ibn Qəhtəbədən sonra Azərbaycanda Osman ibn Əmmara ibn Huraym (775–777-ci illərdə) bir-birinin ardınca və Bistam ibn Əmr ət-Təğlibi (777–778-ci illərdə) vali olmuşlar. Abbasilərin üçüncü xəlifəsi əl-Mehdinin vaxtında (775–785) Azərbaycanın və bütün qərbdəki torpaqların valisi əl-Mehdinin oğlu Harun ər-Rəşid (778–786) olmuşdur.
Məhəmməd ibn Həsən
İmam Mehdi (29 iyul 869, Səmərra, Abbasilər xilafəti – bilinmir) — On ikinci imam. Məhəmməd ibn Həsən əl-Məhdi (ərəb. محمد بن الحسن المهدي‎) H. Q. 255 və ya 256 və ya 258-ci il (M. 869/870/871) Şaban ayının 15-i Ərəb Xilafətinin (indiki İraq Respublikasının) Samirə şəhərində dünyaya gəlmişdir. Atası cəfəri şiələrinin 11-ci imamı Həsən ibn Əli əl-Əskəri, anası isə Nərcis Xatundur. Dünyaya gəldiyi ilk illərdə hakim sülalə Abbasilər tərəfindən həyatı üçün təhlükə mövcud olduğuna görə dünyaya gəlməsi gizli saxlanılmışdır. Bu vəziyyət h.q. 260-cı ilə (M. 875) qədər, yəni 11-ci imam Həsən ibn Əli əl-Əskəri vəfat etməsinə və imamlığın Mehdiyə keçməsinə qədər davam etmişdir. Mehdi, atası (Həsən ibn Əli əl-Əskəri) öldükdən sonra imamət məqamına sahib olmuş və sonra da qeybə çəkilmişdir. İstisnaları çıxmaq şərtilə onu şəxsi (özəl) naiblərindən başqa heç kim görməmişdir. Mehdi atasının və babasının güvənilən səhabəsi olan Osman ibn Səid Əmri özünə naib təyin etmiş, şiələrinin (tərəfdarlarının) suallarına onun vasitəsilə cavab verirdi (5 il).
Qasım ibn Həsən
Qasım ibn Həsən ibn Əli ibn Əbu Talib (ərəb. قاسم بن حسن‎; 667, Mədinə – 10 oktyabr 680, Kərbəla) İmam Həsənin oğlu. Kərbəla döyüşündə Əmr ibn Səid ibn Nufeyl Əzdi tərəfindən öldürülüb. Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına "ümmi-vələd" deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış. Həzrət Qasim böyük şücaət sahibi idi.
Şurahbil ibn Həsən
Şurahbil ibn Həsən (583, Ərəbistan yarımadası – 639, Bilad əş-Şam, ərəb. شُرَحبِيْل بن حَسَنَة‎) — ərəb hərbi lideri, İslamı ilk qəbul edənlərdən biri, Məhəmmədin səhabəsi, müsəlmanların Suriya və Fələstini ələ keçirməsi zamanı döyüşlərdə iştirak etmiş əsas komandirlərdən biri. Gələcək komandirin erkən həyatı, o cümlədən onun Məkkədə və ya Ərəbistanın başqa bir yerində doğulması haqqında çox az şey məlumdur. Atası Abdullah ibn Muta ibn Amr idi. Onun haqqında demək olar ki, heç nə məlum deyil. Lakin erkən ərəb mənbələrində onun hansı qəbilədən olması ilə bağlı müxtəlif fərziyyələr var. Məsələn: əl-Əsqəlani yazır ki, o, Bənu Təmimlə yaxın qohum olan şimal ailəsindəndir. Digər ərəb mənbələri onu Bənu Kinda, Əzditlər, Himyarilər və ya Bənu Mədhic, yəni Ərəbistan yarımadasının cənubunda olan qəbilələrlə əlaqələndirirlər. Şərqşünas Yar Perlmanın fikrincə, ikinci variant daha inandırıcı və məntiqlidir. O, xüsusilə qeyd edir ki, Şurahbil adına yarımadanın cənubunda daha çox rast gəlinir.
Həsən Əli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əfv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əfv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsən Əli Yücəl
Həsən Əli Yücəl (türk. Hasan Âli Yücel; 17 dekabr 1897, Konstantinopol – 26 fevral 1961, İstanbul) — Türkiyə fəlsəfə müəllimi, yazıçı və ədəbi tərcüməçi. Yücəl 1938-1946-cı illərdə Türkiyə Milli Təhsil Naziri vəzifəsini tutmuşdur. Dünyada və Türkiyədə daha çox Türkiyə təhsil sistemində etdiyi islahatlarla tanınır, xüsusilə Kənd İnstitutlarının qurucusu kimi yadda qalmışdır. Türkiyə şairi Can Yücəlin atasıdır. 1997-ci ildə UNESCO Həsən Əli Yücəlin anadan olmasının yüz illiyini qeyd etmişdir. == Həyatı == Həsən Əli Yücəl 17 dekabr 1897-ci ildə İstanbulda anadan olub. O, ata tərəfdən poçt naziri Göreleli Həsən Əli Əfəndinin, ana tərəfdən isə dəniz polkovniki Yaponiya sularında batan "Ertuğrul Freqatının" kapitanı Əli bəyin nəvəsidir. Atası Əli Rıza bəy, anası Neyyire Hanımdır. Həsən Əlinin ailəsi sonradan çətin maddi vəziyyətə düşdü və bütün dəyərli əmlaklarını satmaq məcburiyyətində qaldı.
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli qəhrəman kimi tanınmışdır.
Hilal ibn Əli
Məhəmməd əl-Avsat (ərəb. محمد الاوسط‎, ortancıl Məhəmməd) kimi tanınan Hilal ibn Əli (ərəb. هلال بن علي‎) Əli ibn Əbu Talibin oğullarından biri. Onun nənəsi Məhəmmədin ən böyük qızı Zeynəb bint Məhəmməd və dayısı isə Əli ibn Zeynəb idi .Onun məqbərəsi İranın İsfahan əyalətinin Kaşan şəhərində (Aran) qurulmuşdur. Anası Məhəmmədvə Xədicə binti Xüveylidin qızı Zeynəb binti Məhəmmədin qızı Ümamə binti Zeynəbdir.O,Ramazan ayının 1-i 14-cü hicri ilində (18 oktyabr,635-ci il) anadan olub. Kərbəla döyüşündəki onun rolundan başqa onun həyatı haqqında heç bir məlumat yoxdur. Suriyada ya da müasir Səudiyyə Ərəbistanı olan Taifdə yaşayan Ovn adlı bir qardaşı var idi. Xorasan qubernatoru Qays ibn Murra hakimiyyətinə qarşı qiyamdan qorxaraq Hilal tərəfdarlarına qarşı güclü bir ordu göndərdi. Hilal yaralandı və bir çox tərəfdarları öldürüldü. Peyğəmbər, onun atası Əli və onun yarı qardaşı Hüseyn ibn Əliylə görüşmək arzusunu ölümündən qısa bir müddət əvvəl yazdığı deyilir.
Hüseyn ibn Əli
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Möhsin ibn Əli
Möhsün ibn Əli və ya Muhsin ibn Əli (ərəb. محسن بن علي‎; 632, Mədinə – 632, Mədinə) — Əli ibn Əbu Talibin və Fatimə binti Məhəmmədin ən kiçik övladı və beləliklə də İslam peyğəmbəri Məhəmmədin ən kiçik nəvəsi. O, Hüseyn, Həsən və Zeynəbin qardaşı idi. Vəfatından bir neçə ay öncə İslam peyğəmbəri Məhəmməd onunla birlikdə olan bütün müsəlmanları topladı və uzun bir xütbə söylədi. Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır deyilən məşhur ifadə bu xütbəyə daxildir. Xütbənin sona çatmasından sonra müsəlmanlara Əliyə sadiq qalmasına əmr olunmuşdur. Şiə və Sünniyə aid mənbələrə əsasən Əbu Bəkr, Ömər və Osman Qədir-Xum hadisəsində Əliyə bağlılığını bildirənlərin arasında idi. Məhəmməd Qədir-Xum hadisəsindən bir neçə ay sonra vəfat etdi. Əli Məhəmmədin cənazə namazını qıldıraraq dəfn etdi və Səqifədə bir qrup müsəlman toplandı. Səqifədə Ömər Qədir-Xumda Məhəmmədin söylədiyi xütbəsinin vədinə,Əliyə verdiyi beyətə baxmayaraq, Əbu Bəkrə beyət etdi.
Möhsün ibn Əli

Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی‎) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi. Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir. O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Ömər ibn Əli
Ömər ibn Əli (ərəb. عُمَر بن عَلیّ‎) — Ömər əl-Ətrəf kimi də tanınan, qardaşı Hüseyn ibn Əlini Kərbəlaya müşayiət edən və Aşura günü öldürülən Əli ibn Əbu Talibin övladlarından biri idi. Əli ibn Əbu Talib və Əl-Səhbə binti Rəbiənin oğludur. Bəzi sünni mənbələri ondan Ömər əl-Əkbər kimi bəhs etmişlər, onun ləqəbi Əbu əl-Qasim və ya Əbu Həfsdir. Bəzi tarixi mənbələr onun anasının adını Rəbiə ət-Təğlibinin qızı Səhba (Ümmü Həbib) olaraq bildirmişdir. Bəziləri onun adını Layla binti Məsud əd-Dərəmi kimi qeyd etmişlər. Sünni alimi əl-Fəxr ər-Razi Ömərin Əli ibn Əbu Talibin ən kiçik övladı olduğunu qeyd etmişdir. Rəvayət olunur ki, Ömər Aşura günü hayqıraraq düşmənə hücum edir. O, qardaşının qatilinin üzərinə hücum edərək onu öldürür. Sünni fəqih Axtab Xorəzm qardaşı Əbu Bəkr ibn Əlinin şəhadətindən sonra şəhadətini xəbər verib.
Əli ibn Heysam
Əli ibn Heysəm ibn Məhəmməd – Şirvanşahlar dövlətinin dördüncü hökmdarı, Şirvanşah Heysəm ibn Məhəmmədin oğlu. Şirvanşah Heysəm ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, "Əl-Bab sərhəd vilayətinin (səqr) kafir tayfaları içərisində müsəlmanların ən qəddar düşməni Şəndanın əhalisi idi". Adı çəkilən döyüş h.309 (917)-cu ildə baş vermişdir.
Əli ibn Heysəm

Əli ibn Hüseyn
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.
Əli ibn Yusif
Əli ibn Yusif ibn Taşfin (1084–1143) — Əlmürabilər sülaləsinin əmiri. 1084-cü ildə Səbtədə (Cəuta) doğuldu. Əlmürabilər dövlətinin qurucusu Yusif ibn Taşfinin beş oğlundan biridir. Anası xristian bir cariyədir. Atası tərəfindən vəliəhd təyin edildi. Parlaq zəkasıyla diqqətləri üzərinə çəkdi və on səkkiz yaşında ikən Divan-ı Məzalimə nəzarət etməklə vəzifələndirildi. Atasının ölümü üzərinə qardaşı Əbu Tahir Təmim ilə Lemtunə və digər Sanhacə qəbilələrindən biat alaraq "əmirül-müslimin" ünvanıyla Mərakeşdə taxta çıxdı (1106). Ölkənin hər tərəfinə xəbər göndərib biət istədi. Qardaşıoğlu Yəhya ibn Əbu Bəkrin vali olduğu Fas şəhəri xariç bütün şəhərlər itaat ərz etdilər. Əli dərhal onun üzərinə yürüdü və 7 dekabr 1106-cı il tarixində Fasa girərək onu biətə məcbur etdi.
Əli ibn İnan
Ələddin Əbu əl-Həsən Əli ibn İnan ibn Muğamis ibn Rumeysə ibn Əbu Numey əl-Həsani (ərəb. ثة بن أبي نمي الحسني‎) — 1423-cü ildən 1425-ci ilə qədər Məkkə əmiri olmuşdur. Ibn Fahd, ‘Izz al-Dīn ‘Abd al-‘Azīz ibn ‘Umar ibn Muḥammad. Shaltūt, Fahīm Muḥammad (redaktor). Ghāyat al-marām bi-akhbār salṭanat al-Balad al-Ḥarām غاية المرام بأخبار سلطنة البلد الحرام (Arabic). 2 (1st). Makkah: Jāmi‘at Umm al-Qurá, Markaz al-Baḥth al-‘Ilmī wa-Iḥyā’ al-Turāth al-Islāmī, Kullīyat al-Sharīʻah wa-al-Dirāsāt al-Islāmīyah. 1988 [Composed before 1518].